Həyat Dərsləri

49/61

Vaxt

Bizim vaxtımız Allaha mənsubdur. Həyatımızın hər anı Ona məxsusdur və ən təntənəli vəzifəmiz bu ənamın Onun adının izzətləndirilməsi üçün istifadə edilməsidir. Allahın bizə bəxş etdiyi vaxt haqqındakı qədər heç bir talant haqqında biz Ona elə dəqiq hesabat verməyəcəyik. HD 266.1

Vaxtı heç bir qiymət ölçüsünə yerləşdirmək olmaz. Məsih həyatının hər anını dəyərli sayırdı və biz də zamana belə baxmalıyıq. Həyat onu boş şeylərə sərf etmək üçün çox qısadır. Bizim boş-boşuna keçirmək, yaxud eqoist ləzzətlərə və günaha yol vermək üçün vaxtımız yoxdur. Məhz indi, bu qısa həyatda, biz öz xasiyyətimizi əbədi həyat üçün hazırlayırıq. Yalnız indi və bir daha heç vaxt, biz öz əməllərimizin gələcəkdəki aqibətinə hazırlaşmalıyıq. HD 266.2

İnsan ailəsi yaşamağa yeni başlayan kimi dərhal ölməyə başladı. Əgər əbədi həyat haqqında həqiqi bilik əldə edilməyibsə, insanın fasiləsiz əməyi heç nəyə gətirməyəcəkdir. Vaxtı zəhmət çəkmək üçün müəyyən edilmiş kimi dəyərləndirən insan özünü səma iqamətgahına, ölümsüz həyata hazırlayacaqdır. Belə insan öz doğumuna bəraət qazandıracaqdır. HD 266.3

Bizə bəxş olunmuş vaxtdan səmərəli istifadə etməliyik. Lakin boş yerə sərf edilmiş vaxtı qaytarmaq mümkün deyildir. Biz yaşadığımız heç bir anı geriyə qaytara bilmərik. İtkini ödəməyin yeganə vasitəsi Allahın böyük xilas planının həyata keçirilməsində Onun həmişçiləri olmaqdır. HD 266.4

Bunu edən şəxsdə xasiyyət dəyişikliyi baş verir. O, Allahın övladı, hökmdar ailəsinin üzvü, Səmavi Padşahın övladına çevrilir. O, mələklərlə ünsiyyətə hazırdır. HD 266.5

Bu gün bizə öz yaxınlarımızın xilası üçün verilmiş vaxtdır. Çox adamlar hesab edirlər ki, əgər onlar Məsihin işinə pul köçürürlərsə, vəzifələrini yerinə yetirirlər, lakin şəxsən Ona xidmətə həsr oluna biləcək vaxt həmişəlik itirilmişdir. Sağlamlığa, qüvvəyə və istedadlara malik olan hər kəsin imtiyazı və eyni zamanda yüksək vəzifəsi Allaha əməli xidmətdir. Məsih üçün canlar qazanmaqdan ötrü hamı çalışmalıdır. Sadəcə pul köçürmək işi əvəz edə bilməz. HD 266.6

Bizim yaşadığımız hər bir an əbədiyyətdə öz əks-sədasını tapır. Biz xidmət üçün dəvətə daim hazır olmalıyıq. Bu saat, bu an ehtiyacı olan bir cana həyat sözünü demək üçün malik olduğumuz imkan bir daha olmaya bilər. Kömək edə bilmədiyimiz insana Allah hər bir an deyə bilər: “Bu gecə sənin canını tələb edəcəklər” (Lk. 12:20) və o, yalnız ona görə buna hazır olmayacaqdır ki, biz öz vəzifəmizə laqeydlik etdik. Böyük hökm günündə biz necə hesabat verəcəyik? HD 267.1

Həyat onu keçəri dünya məqsədlərinə, əbədiyyətlə müqayisədə tamamilə dəyərsiz olan qayğılar və narahatçılıq gətirən əşyalara tabe etmək üçün çox dəyərlidir. Buna baxmayaraq, Allah bizi keçəri yaşayış işlərində də Ona xidmət etməyə dəvət edir. Çalışqanlıq belə işdə həqiqi dinin möminlik qədər vacib hissəsidir. Müqəddəs Kitab bizim dünyamız üzərində daim hökm sürən avaralığa bəraət qazandırmır. Hər bir həqiqətən iman etmiş insan öz işlərində çalışqan olacaqdır. HD 267.2

Biliyə nail olmağımız və əqli keyfiyyətlərimizin inkişafı bizim öz vaxtımızdan necə istifadə etməyimizdən asılıdır. İntellektin inkişafına nə kasıblıq, nə sadə mənşəli olmağımız, nə münbit şəraitin olmaması mane olmalıdır. Yalnız həyatın hər anını dəyərləndirmək gərəkdir. Bir neçə qısa an burada, bir neçə dəqiqə orada, mənasız söhbətlərə sərf edilmiş vaxt, tez-tez yataqda keçirilən sübh saatları, nəqliyyatda, nəhəng növbələrdə, görüşə vaxtında gəlməyənləri gözləməkdə keçirilən saatlar — hamısını saymaq olmaz. Daim əlimizin altında kitab olsaydı və bu vaxt parçalarını oxumağa, yaxud düşüncələrə həsr etsəydik, nə çox işlər görmək olardı. Qoyulmuş məqsədə tərəf getməkdə inadkarlıq, əməkdə səyli olmaq və vaxtın həssas qənaəti insanlara elə biliklər və şüura elə nəzarət verir ki, onların yararlı olmaqlarına və təsirlərini büruzə verməyə kömək edir. HD 267.3

Hər bir məsihçinin vəzifəsi özündə nizam, həssaslıq və səliqə tərbiyə etməkdir. Hər hansı bir işi çəkib uzatmağın heç bir ciddi bəraəti yoxdur. Əgər insan daim işləyir, lakin iş yaxşı getmirsə, deməli, o öz işinə bütün şüur və ürəyini vermir. İşi yubandıran və zərər verən bu çatışmazlıqları kənarlaşdırmalıdır. Ona öz şüurunu inkişaf etdirmək lazımdır ki, ən yaxşı nəticələrə nail olmaq üçün vaxtını düzgün planlaşdıra bilsin. İşin düzgün planlaşdırılması ona gətirir ki, bir nəfərin beş saat ərzində gördüyü iş üçün başqasına on saat lazım olur. Ev işləri ilə məşğul olanların çoxu ona görə fasiləsiz və durmadan çalışmırlar ki, onların həddindən çox vəzifələri və yükləri vardır, fəqət ona görə ki, onlar işlərini vaxta qənaət etmədən planlaşdırırlar. Öz tənbəllikləri ilə, işi uzatmaqları ilə onlar çox kiçik bir işi böyük işə çevirirlər. Lakin həqiqətən arzu edən gec-tez zərərli ləngimə verdişinə qalib gələ biləcəkdir. Bundan ötrü yalnız işə başlayarkən qarşıya müəyyən məqsəd qoymaq lazımdır. Özünüz üçün müəyyənləşdirin ki, qarşınızda duran iş nə qədər vaxt tələb edir və sonra bütün səylərinizi sərf edərək, işi həmin vaxtda başa çatdırın. İradənin belə məşqi ona gətirəcəkdir ki, əlləriniz də daha cəld olacaqdır. HD 268.1

İnadkarlıqları, özlərini ələ alıb dəyişməyə qadir olmadıqları üzündən adamlar yanlış həyat tərzinin əsarətinə düşürlər; fəqət öz qabiliyyətlərini inkişaf etdirib iradələrini möhkəmləndirərək, onlar üzərlərinə götürdükləri vəzifələri ən yaxşı surətdə yerinə yetirə bilərlər. Onda onlar hər yerdə və hər zaman lazımlı olacaqlar. Onları xidmət və ləyaqətlərinə görə yüksək qiymətləndirəcəkdirlər. HD 268.2

Uşaq və gənclərin bir çoxu çox vaxt öz valideynlərinə olan məhəbbətlərini və onların çətinliklərinə şərik olduqlarını nümayiş etdirərək onlara ev işlərində kömək etmək əvəzinə, vaxtlarını boş-boşunä sərf edirlər. Gənclər öz güclü çiyinlərinə bir çox kimsələrin götürməli olduğu vəzifələri götürə bilərdilər. HD 268.3

Məsihin həyatı ən kiçik yaşlarından fəallıq və işgüzarlıqla müşahidə olunurdu. O, yalnız Özü üçün yaşamırdı. Əbədi Allahın Oğlu olmasına baxmayaraq, atası Yusifə kömək edərək, dülgərlik edirdi. Onun atasının emalatxanasında işləməyi müəyyən dərəcədə əlamətdar idi. O, dünyaya xasiyyət inşaatçısı kimi gəldi, ona görə də Özünün hər bir işində kamilliyə çatmağa çalışırdı. Öz gündəlik əməyinə O Onun İlahi qüdrəti ilə yeniləşmiş insanların xasiyyətlərində olan kamilliyi gətirdi. Biz də Onun kimi hərəkət etməliyik. HD 269.1

Valideynlərin öz uşaqlarına vaxtı dəyərləndirməyi və ondan səmərəli istifadə etməyi öyrətməsi gərəkdir. Onlara Allahın izzətlənməsinə və insanların xeyrinə olan işləri görməyi öyrədin. Öz kiçik yaşlarında da uşaqlar Allahın təmsilçiləri ola bilərlər. HD 269.2

Valideynlərin öz uşaqlarının avaralıq etməyinə icazə verməkdən böyük günahları yoxdur. Uşaqlar tənbəlliyə çox tez öyrənirlər və gələcəkdə onlardan köməksiz və yararsız insanlar yetişir. Yaşlaşdıqca, insanın işləyərək artıq həyat üçün vəsaitlə öz-özünü təmin etdiyi zaman, ləng və təşəbbüs göstərmədən işləyirlər və eyni zamanda onların işinə uyğun olmayan məvacib gözləyirlər. Belə işçilərlə Allahın sadiq sərəncamçısı olmağı dərk edənlər arasında böyük uçurum vardır. HD 269.3

Süstlük, gündəlik işlərə münasibətdə məsuliyyətsizlik belə adamların dini həyatlarına da yayılaraq, onları Allah üçün görüləcək hər hansı bir yararlı işə qabiliyyətsiz edir. Öz səyli əməkləri sayəsində dünya üçün xeyir-dua ola biləcək bir çoxları, özlərini tənbəlliklə məhv etdilər. Boşluq, həyatda məqsədlərin olmaması insanı qarşısına çıxacaq minlərlə imtahanlar önündə köməksiz edir. Nadürüst yoldaşlar və zərərli vərdişlər şüur və canı məhv edirlər. Nəticədə insan həm indiki, həm də gələcək həyat üçün məhv olur. HD 269.4

Məşğul olduğumuz işin sahə və səviyyəsindən asılı olmayaraq, Allahın Kəlamı bizə deyir: “Səydə zəifləməyin; ruhda hərarətli olun; Rəbbə xidmət edin”. “Bilərək ki, mükafat olaraq, Rəbdən miras alacaqsınız”, “çalışmaq üçün nə bacarırsan, var gücünlə et”. “Çünki xidmət etdiyiniz Rəbb Məsihdir” (Rom. 12:11; Vaiz 9:10; Kol. 3:24). HD 269.5