Ağsaqqallar və Peyğəmbərlər

63/73

63-cü fəsil
DAVUD VƏ QOLYAT

(Bu fəsil Şamuelin 1-ci Kitabının 16:14-23;17- ci fəsillərinə əsaslanır)

Padşah Şaul Allah tərəfindən rədd edildiyini dark edib, və peyğəmbər tərəfindən ona söylənən rədd sözlərinin gücünü hiss edəndə, o, acı ümidsizliyə və məyusluğa qapıldı. Lakin padşahın məğrur başını əyən əsl peşmançılıq deyildi. O, öz günahının murdarlığı haqda aydın təsəvvürə malik deyildi və öz həyatını dəyişdirməyə çalışmırdı, lakin qəlbində belə düşüncələr gəzdirirdi ki, onu İsraildə taxt-tacdan və törəmələrini taxt-taca varis olmaq hüququndan məhrum etməkdə Allah haqlı deyildir. Onun evinə gələcək bədbəxtlik haqqında fikirlər onu tərk etmirdi. O düşünürdü ki, müharibə zamanı göstərilən cəsarət itaətsizlik günahını əfv etdirəcəkdir. O, Allah cəzasını itaətlə qəbul etmədi və onun iddialı ruhu o qədər ümidsizləşdi ki, Şaul az qala ağlını itirmişdi. Məsləhətçiləri ona təklif etdilər ki, hər hansı bir mahir musiqiçini xidmətə götürsün, onlar ümid edirdibr ki, musiqinin şirin sədalan onun əzab çəkmiş ruhunu sakitləşdirər. Allahın uzaqgörənliyi sayəsində Davud arfada mahir çalğıcı kimi padşahın yanına dəvət edildi. Göylərdən ilham alan əzəmətli musiqi sədaları arzu edibn nəticəni göstərdi. Şaulun şüurunu sıx bulud kimi bürüyən əzginlik və qəmginlik dağıldı. AP 580.1

Davudun xidməti Şaulun sarayında artıq lazım olmadıqda isə o, özünün təpələr arasında otlayan sürübrinin yanına qayıtdı və əvvəlki kimi təvazökar və sadə gənc olaraq qaldı. Lakin onun çalğısına ehtiyac yaranan kimi, o, yenidən padşahın yanına gəlirdi və şər ruh ondan əl çəkənə qədər monarxın həyəcanlanmış xəyalını sakitləşdirirdi. Şaul Davudun musiqisinə heyranlığını ifadə etsə də, gənc çoban padşah evindən çöllərə və təpələrə yüngüllük və sevinc hissi ilə gedirdi. AP 580.2

Davud Allahın və insanların iltifatı ilə böyüyürdü. O, Allah yolu ilə getməyə öyrədilmişdi və indi əvvəlkindən də çox hər şeydə Allah iradəsini yerinə yetirməyə çalışırdı. Düşüncələr üçün onda yeni mövzular yaranırdı. O, padşah sarayında olurdu və görürdü ki, padşahın üzərində necə böyük məsuliyyət vardır. Şaulun qəlbində kök salan bəzi tamahlar ona aydın olurdu və o, İsrailin birinci padşahının xarakterindəki və davranışındakı müəmmaları dərk edirdi. O, tutqun kədər buludunun padşah şöhrətini necə örtməsini müşahidə edirdi və bilirdi ki, Şaulun ailə üzvləri öz şəxsi həyatlarında heç də xoşbəxt deyildilər. Bu, onu, İsrail padşahlığına məsh olunanı dərindən həyəcanlandırırdı. Lakin həyəcanlı fikirlər ona hakim olanda və dərin düşüncələrə qapılanda, o, arfanı götürürdü və şüurunu bütün nemətləri Bəxş Edənə yüksəldən səslə çalırdı, onda onun gələcəyinin üfüqlərini tutan tutqun buludlar dağılırdı. AP 581.1

Allah Davuda etibar dərsi verirdi. Musa öz işi üçün tərbiyə edildiyi kimi, eləcə də Rəbb Yesseyin oğlunu hazırlayırdı ki, o, Onun seçilmiş xalqının hökmdarı olsun. Sürünün qayğısına qalaraq, Davud Böyük Çobanın Öz sürüsünə göstərdiyi qayğını dark etdi. AP 581.2

Davudun öz sürüsü ilə dolaşdığı xəlvət təpələr və dərələr yırtıcı heyvanların məskən saldığı yerlər idi. İordan ətrafındakı kolluqlardan şirin çıxması və ya təpələr arasındakı mağaradan ayının görünməsi az olmurdu; aclıqdan qızışaraq onlar sürüyə hücum etməyə çalışırdılar. Dövrün adətinə görə Davud yalnız sapand və çoban çomağı ilə silahlanmışdı. Lakin sürünü müdafiə edərək, o, öz gücünü və igidliyini tez sübut etdi. Sonralar bu toqquşmaları təsvir edərək o deyirdi: “Sənin qulun atasının qoyunlarını otaranda aslan, yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim”. (1 Şam. 17:34,35). Bu cür hadisələr Davudda igidliyi, qətiliyi və imanı inkişaf etdirirdi. AP 581.3

Davud hələ Şaulun sarayına dəvət edilməmişdən öz igidliyi ilə şöhrətlənmişdi. Onu padşaha təqdim edən xidmətçi onun haqqında “igid, cəsur, döyüşcüdür, müdrikliklə danışan” adam kimi söyləyərək əlavə etmişdi: “Rəbb onunladır”. AP 581.4

Filiştlilərə müharibə elan edəndə, Yesseyin üç oğlu Şaulun komandanlığı altındakı orduya qoşuldular, Davud isə evdə qaldı. Lakin bir qədər keçdikdən sonra o, Şaulun düşərgəsinə gəldi. Atası Davuda əmr etmişdi ki, böyük qardaşlarına hədiyyə aparsın və onların sağ-salamat olmalarını öyrənsin. Yessey bilmirdi ki, gənc çobana daha yüksək missiya etibar edilmişdir. İsrail xalqının ordusu təhlükədə idi və mələk Davuda öz xalqını xilas etməyi əmr etdi. AP 582.1

Orduların yerləşdikləri yerə yaxınlaşanda Davud hərbi hazırlıq səsləri eşitdi, “ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə hazırlaşırdı”. İsraillilər də, Filiştlilər də hərbi qaydada düzülmüşdülər. Davud özününkülərin yanına qaçdı və yaxınlaşaraq qardaşlarını salamladı. O, onlarla danışdığı zaman Filiştli pəhləvan Qolyat qabağa çıxdı və təhqiredici sözlərlə İsrailliləri söyərək qışqırdı ki, onlar öz sıralarından onunla təkbətək döyüşəcək bir adam çıxartsınlar. O, öz çağırışını təkrar etdi və Davud görəndə ki, bütün İsrail dəhşətə gəlmişdir və biləndə ki, bu allahsız hər gün onları beləcə söyür və onu susmağa məcbur edən bir adam yoxdur, o çox qəzəbləndi. Onu Allahın və Onun xalqının şərəfıni qorumaq üçün qızğın bir istək bürüdü. AP 582.2

İsrail ordusu ruhdan düşdü. İgidlik döyüşçülərdən üz döndərdi. Onlar bir-birlərinə dedilər: “Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb”. Davud qəzəb və hiddətlə qışqırdı: “Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxusun?” AP 582.3

Davudun böyük qardaşı Eliav bu sözləri eşidərək gənc oğlanın qəlbini dolduran hissbri gözəl başa düşdü. Davud bir çoban kimi nadir cəsarəti, igidliyi və gücü ilə seçilirdi, üstəlik də Şamuelin onların atasının evinə sirli gəlişi, onun sözsüz gedişi - bütün bunlar bir yerdə onun gəlişinin əsl məqsədi haqda Davudun qardaşlarında şübhə oyatmışdı. Onlar görəndə ki, Davud onlardan yüksək qoyulmuşdur, hələ əvvəldən onlarda paxıllıq yaranmışdı və o vaxtdan onun qardaşlıq sədaqətinə və zərif məhəbbətinə qarşılıqlı cavab vermirdilər. Onlar ona sadəcə olaraq yeniyetmə çoban kimi baxırdılar və indi Eliav onun sorğularını qorxaqlığa irad kimi qəbul etdi, çünki o, Filiştli nəhəngi susmağa məcbur etmək üçün heç bir tədbir görmürdü. Böyük qardaş incikliklə qışqırdı: “Sən niyə aşağı enmisən? Çöldəki bir neçə qoyunu kimə tapşirmısan? Bilirəm, sən lovğalığından və ürəyinin pis niyyətindən ötrü buraya döyüşə tamaşa etmək üçün gəlmisən”. Buna cavab olaraq Davud hörmətlə, lakin qətiyyətlə dedi: “Axı indi man nə etmişəm? Yəni danışa da bilmərəm?” AP 582.4

Davudun sözlərini padşaha çatdırdılar və o, gənci öz yanına çağırdı. Şaul çobanın bu sözlərini heyrətlə dinlədi: “Bu adamdan ötru heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq”. Şaul Davudu fikrindən döndərməyə çalışdı, lakin gənc oğlan fikrindən dönmədi. Atasının sürüsünü qoruduğu zaman keçirdiyi çoban həyatını təsvir edərək, o, sadə və təvazökarlıqla danışırdı. O dedi: “Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq”. Şaul Davuda dedi: “Get, Rəbb sənə yar olsun!” İsrail ordusu qırx gün ərzində Filiştli nəhəngin iddialı çağınşı önündə titrəmişdi. Onlar onun nəhəng boyuna baxanda qorxudan donurdular. Onun başında tunc dəbilqə var idi, bədənini beş min sikl ağırlığı olan zireh, ayaqlarını isə tunc zireh örtürdü. Zireh balıq pulcuqları kimi bir-birinə geyindirilmiş mis lövhəciklərdən ibarət idi və onlar bir-birinə elə sıx birləşdirilmişdi ki, heç bir iti silah onu deşə bilməzdi. Nəhəng kürəyində misdən olan nizə daşıyırdı. “Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel ağırlığında idi. Qalxan daşıyan silahdanrı isə onun qabağında gedirdi”. AP 583.1

Səhər və axşam Qolyat İsraillilərin düşərgəsinə yaxınlaşır və uca səslə bağırırdı: “Niyə döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin. Əgər mənimlə vuruşanda məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub qulluq edəcəksiniz. Bu gün mən İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!”. AP 583.2

Davuda Qolyatın çağınşını qəbul etməyə icazə verərkən, padşah demək olar ümid etmirdi ki, Davud qalib gələcəkdir. Göstəriş oldu ki, gəncə padşahın silahlarını versinlər. Onun başına ağır tunc dəbilqə qoydular, özünü isə zirehə bürüdülər, böyründən padşah qılıncını bərkitdilər. Bu cür silahlanaraq o getməyə hazırlaşdı, lakin tezliklə geri döndü. Bütün səbirsiz müşahidəçilər əvvəlcə fikirləşdilər ki, Davud ondan çox güclü olan rəqiblə vuruşaraq həyatı ilə risk etməməyi qərara aldı. Lakin cəsur gənc bu fikirdən uzaq idi. Şaula yaxınlaşaraq o, ağır silahları çıxartmağa icazə istəyib dedi: “Bunlara alışmadığım üçün gəzə bilmirəm”. Padşahın silahlarından azad olaraq, o, onların yerinə yalnız çoban çomağı, çanta və adi sapand götürdü. Çaydan beş hamar daş götürərək, o, onları çantaya qoydu və əlində sapand Filiştlinin üzərinə getdi. Öz qarşısında İsrail xalqının ən güclü döyüşçülərindən birini görməyi gözləyərək, nəhəng cəsarətlə irəli çıxdı. Onun silahdaşıyanı qabaqda gedirdi, o özü isə sanki qələbədən qabaqcadan həzz alaraq özünəarxayın görkəmlə addımlayırdı. Davuda yaxın gələrkən o, gəncliyi üzündən uşaq adlandırılan yeniyetmədən başqa heç kimi görmədi. Davudun üzü sağlamlığından al rəngə çalırdı və onun silahla örtülməyən gözəl quruluşlu bədəni xoş təsir bağışlayırdı; lakin gənc ilə güclü nəhəng arasında xeyli fərq var idi. AP 583.3

Qolyat heyrətləndi və acıqlandı. “Məgər mən itəm ki, üstümə dəyənəklə gəlmisən” Bunu deyərək o, adını bildiyi bütün allahlar adından Davuda ən dəhşətli lənətlər yağdırdı. O, rişxəndlə bağırdı: “Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim”. AP 584.1

Davud Filiştli pəhləvandan qorxmadı. İrəli çıxaraq, o, öz rəqibinə dedi: “Sən mənim üstümə qılınc, mizraq və nizə ilə gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı, Ordular Rəbbinin ismi ilə gəlirəm. Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var. Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək”. AP 584.2

Onun sözlərində qorxmazlıq səslənirdi, gözəl üzündə isə qələbə və sevinc təntənəsi parlayırdı. Təmiz, melodik səsb səslənən bu sözlər havada yayılaraq hərbi qaydada düzülmüş minlərlə döyüşçüyə də çatdı. Qolyatın qəzəbinin həddi-hüdudu yox idi. O, hirsindən alnını qoruyan dəbilqəni çıxarıb atdı və qızğın qəzəblə rəqibinin üstünə cumdu. Yesseyin oğlu düşməni qarşılamağa hazırlaşdı. “Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı. Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alnından vurdu. Daş onun alnına batdı və o, üzüstə yerə yıxıldı”. AP 584.3

Hər iki ordunun döyüş cərgələri heyrətdən dondu. Onlar əmin idilər ki, Davud öldürüləcəkdir, lakin daş havada fıt çalaraq hədəfə dəyəndə, onlar gördülər ki, qüdrətli Qolyat necə titrədi və sanki qəfildən kor olaraq əllərini irəli uzatdı. Nəhəng yırğalandı və kəsilmiş palıd kimi yerə yıxıldı. Davud bir an da itirmədi. O, nəhəngin yerə sərilmiş bədəninin üstünə sıçradı və iki əli ilə Qolyatın ağır qılıncını çıxartdı. Bir dəqiqə əvvəl nəhəng lovğalanırdı ki, bu qılıncla gəncin başını üzəcək və onun bədənini göylərin quşlarına atacaqdır. İndi elə bu qılıncla lovğanın başı kəsildi və israillilərin düşərgəsindən təntənəli qışqırıq eşidildi. AP 585.1

Özlərini itirmiş filiştlilər dönüb sürətlə qaçmağa başladılar. Qaçan düşməni təqib edən ibranilərin təntənəli qışqırıqları dağların zirvələrində əks-səda verirdi. Onlar “Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular... İsrail övladları Filiştlibri arxadan qovandan sonra qayıdıb onların ordugahını talan etdilər. Davud Qolyatın başını götürüb Yerusəlimə gətirdi, lakin silahını öz çadırına qoydu”. AP 585.2