Ağsaqqallar və Peyğəmbərlər

41/73

41-ci fəsil
İORDANDA DÖNÜKLÜK

(Bu fəsil Saylar Kitabının 25-ci fəslinə əsaslanır)

İsrailin qalib dəstələri sevincli qəlblə və Allaha yeni inamla Başandan qayıdırdılar. Onlar varlı Başan torpağını fəth etmişdilər və tezliklə bütün Kənanı fəth edəcəklərinə əmin idilər. Kənandan onları indi yalnız İordan çayı ayırırdı. Çayın o biri tərəfində, onların düşərgəsinin yerləşdiyi yerin düz əks tərəfındə, zəngin bitki ilə örtülmüş, bulaqlarla suvarılan və six palma yarpaqları ilə kölgələnən çiçəklənən vadi yerləşirdi. Onun qərb sərhədində İerixonun qalalan və sarayları ucalırdı. İerixon palma meşəbri içərisində itirdi və haqlı olaraq “palmalar şəhəri” adlanırdı. AP 401.1

İordanın şərq sahilində, çay ilə artıq onların keçdikləri hündür yaylaq arasında da eni bir neçə mil olan, çay boyunca xeyli məsafədə uzanan vadi yerləşirdi. Bu sakit diyarda tropik iqlim var idi və ətirli akasiya, yaxud sittim ağacı sayəsində o, “Sittim diyarı” adlanırdı. İsraillilər burada düşərgə salmışdılar və meşələr, akasiyalar arasında çayın sahilində özlərinə rahat dayanacaq tapmışdılar. AP 401.2

Lakin bu gözəl təbiətin qucağında onları düşmənin qüdrətli ordusundan, yaxud səhranın vəhşi heyvanlarından da böyük təhlükə gözləyirdi. Təbii cəhətdən belə zəngin olan bu ölkə öz sakinləri ib murdarlanmışdı. Onların əsas allahı sayılan Baala birgə ibadət zamanı burada həmişə yüksək dərəcədə əxlaqsız və alçaq səhnələr oynanılırdı. Hər yerdə allahlara bütxanalar dururdu və pozğun əybncələr üçün yerlər var idi, onların adlarının özləri artıq xalqın alçaqlığına və pozğunluğuna dəlalət edirdi. AP 401.3

Bu mühit israillilərə öldürücü təsir etdi. Onların ağıllarına ləyaqətsiz fikirlər gəlməyə başladı, bunlar həmişə öz-özlərinə meydana çıxırdılar. Qayğısız, fəaliyyətsiz həyat pozucu təsir göstərdi və onlar demək olar ki qeyri-şüuri olaraq Allahdan uzaqlaşdılar, insanların tamahın asan şikarı olduqları vəziyyətə düşdülər. AP 402.1

İordanın yanında dayandıqları zaman Musa Kənanın fəthinə hazırlaşırdı. Böyük rəhbər bütünlüklə bu işə qapılmışdı, lakin xalq üçün bu intizar və qeyri-müəyyənlik dövrü yüksək dərəcədə bezdirici olmuşdu; heç bir neçə həftə keçmədi ki, onların tarixi ləyaqət və təmizliyə qarşı dəhşətli cinayətlərlə ləkələndi. AP 402.2

Əvvəlcə israilliər və onların bütpərəst qonşuları az ünsiyyət edirdilər, lakin bir qədər keçdikdən sonra Midyan qadınları hiss olunmadan düşərgəyə girməyə başladılar. Onların görünməsi həyəcan doğurmadı, onlar Musanın diqqətini cəlb etmədən özbrini çox ehtiyatla apanrdılar. Bu qadınların müəyyən məqsədbri var idi - ibranilərlə ünsiyyət edərək onları Allah Qanununu pozmağa şirnikləndirmək, bütpərəst mərasim və adətlərinə cəlb etmək və bütpərəstliyə meyl etdirmək. Bu niyyətlər dostluq münasibətləri pərdəsi altında səylə gizbdilirdi, beb ki onlardan hətta xalqın başçılan da şübhələnmirdilər. AP 402.3

Bilamın təklifınə görə Moav padşahı öz allahlarının şərəfinə böyük bayram elan etdi və gizlində qərara alındı ki, Bilam israilliləri bu bayrama gəlməyə inandırmalıdır. Bilamı Allah peyğəmbəri hesab etdiklərinə görə, onun öz məqsədinə çatması çətin olmadı. Bir çox ibranilər onunla birlikdə bayrama getdilər. Onlar qadağan olunmuş əraziyə girməyə cəsarət etdibr və əlbəttə ki, şeytanın toruna düşdülər. Musiqi və rəqslərlə cəzb olunaraq, bütpərəst gözəllərinin gözəlliyinə əsir olaraq, onlar özlərinin Rəbbinə xəyanət etdilər. Ümumi şənlikdən və kefdən sərxoşlanaraq, şərabdan ağıllarını itirərək, onlar özləri üzərində hər cür nəzarəti itirdilər. Ehtiras onların bütün varlığma hakim oldu. Öz vicdanlarını alçaq istəklərlə murdarlayaraq, onlar bütlərə səcdə etmək üçün dilə tutanlara uydular. Bütpərəst məbədlərində qurbanlar gətirdilər və ən ləyaqətsiz mərasimlərdə iştirak etdilər. AP 402.4

Öldürücü yoluxmaya bənzər bu zəhərin bütün İsrail düşərgəsinə yayılması üçün çox gözləmək lazım gəlmədi. Döyüşdə öz düşmənləri üzərində qələbə çalanlar bütpərəst qadınlarının hiylələrinə məğlub oldular. İnsanlar sanki ağıllarını itirmişdilər. Xalqın başçıları və rəisləri ən birinci qanun pozucuları və dönüklüyün ümumxalq xarakter almasının əsas təqsirkarları sırasında oldular. “İsrail Baal-Feqora yapışdı”. Musa bunu biləndə düşmənin qəsdi artıq elə uğur qazanmışdı ki, israillilər yalnız Feqor dağında təhqiramiz ibadətdə iştirak etməmişdilər, İsrail düşərgəsinin özündə də bütpərəst mərasimləri icra etmişdilər. Xalqın rəhbərinə dərin qəzəb hakim oldu və Allahın qəzəbi onlara qarşı alovlandı. AP 402.5

Bilamın bütün cadularının İsrailə edə bilmədiklərini bütpərəst mərasimləri etdi, - israillilər Allahdan ayrıldılar. Qəfil çaxan Allah cəzaları xalqı öz günahının eybəcərliyini dərk etməyə gətirib çıxartdı. Düşərgədə dəhşətli bəla başladı və on minlərlə insan onun qurbanı oldu. Allah əmr etdi ki, cinayətdə təqsirkar olan xalq başçıları İsrailin hakimləri tərəfindən ölümə məhkum edilsinlər. Bu əmr həmin saat yerinə yetirildi. Cinayətkarları öldürdübr, onların bədənlərini isə adamların çox olduğu yerdən asdılar ki, bütün camaat xalqın başçılarının necə sərt cəzaya düçar olduqlarını görərək Allahın günaha necə nifrət bəsbdiyini və Onun qəzəbinin necə dəhşətli olduğunu dərindən dərk etsinlər. AP 403.1

Düçar olduqları cəzanın ədalətliliyini hamı başa düşürdü və xalq mütiliyin acı göz yaşları ilə öz günahlarını etiraf edərək məbədə təbsirdi. Onlar məbədin qapıları yanında Allah önündə ağladıqları zaman və bəla düşərgədə öz həlakedici işini gördüyü zaman, hakimlər isə öz dəhşətli işbrini yerinə yetirdikləri zaman İsrailin ən hörmətli adamlarından biri olan Zimri fahişə qadın olan Midyan qəbiləsi rəhbərinin qızının müşayiəti ilə cəsarətlə düşərgədə göründü və onu öz çadırına apardı. Bu qədər nalayiq və bu qədər dikbaş əxlaqsızlıq heç vaxt olmamışdı. Şərabdan qızışan Zimri öz günahını “Sodom” elan etdi və bu həyasızlıqdan həzz aldı. Kahinbr və rəislər böyük kədər və mütiliklə “yığıncaq məbədinin girişi yanında” üzü üstə uzanmışdılar, ağlayırdılar və yalvarırdılar ki, Allah Öz xalqına rəhm etsin və Öz mirasını gülünc vəziyyətə salmasın. İsrail xalqının qəbilə başçısı Zimri isə bütün camaat önündə öz günahı ilə öyünməyə cəsarət etdi, sanki Allahın qisasına qarşı çıxdı və xalqın hakimlərinə istehza etdi. Baş kahin Eleazarm oğlu Pinxas onda camaatı tərk etdi və nizəni götürərək “israillinin arxasınca” çadıra daxil oldu və onların hər ikisini öldürdü. Bəlaya beləcə son qoyuldu, İlahi cəzanı yerinə yetirən kahinə isə bütün İsrail önündə xüsusi hörmət etdilər və həmişəlik olaraq onun və evinin müqəddəsliyini elan etdilər. AP 403.2

Rəbb dedi: “Pinxas İsrail oğulları arasında Mənim qısqanclığımla qısqanaraq onların üzərindən qəzəbimi götürdü... Budur, mən ona sülh əhdimi verirəm və özü üçün və özündən sonra zürriyəti üçün əbədi kahinlik əhdi olacaqdır; çünki Allahı üçün qısqanc oldu və İsrail oğullarını fəlakətdən qorudu”. AP 404.1

İsrailə Sittimdəki günahına görə göndərilən cəzalara o adamlar düçar oldular ki, təxminən qırx il əvvəl bu hökm çıxarılanda ki, “onlar səhrada öləcəklər”, hələ sağ qalmışdılar. İlahi əmrə əsasən israillilərin İordan düzünə gəldikləri vaxt sayılması göstərdi ki, “onların arasında Musa və kahin Harun tərəfındən Sina səhrasında sayılan İsrail oğullarından bir nəfər də yoxdur. ... Yalnız Yefunne oğlu Kalevle Nun oğlu Yeşuadan başqa” (Saylar 26:64,65). AP 404.2

Allah xalqı ona görə cəzaya düçar etdi ki, o, midyanlıların hiyləsinə uymuşdu, lakin yoldan çıxardanlar da İlahi ədalətin cəzasından qurtara bilmədilər. Refidimdə israillilərdən arxada qalan zəifləmişlərə və əldən düşənlərə hucum edən amaliklilər Allah tərəfindən bir qədər gec cəzalandırıldılar, lakin onlan günaha sövq edən midyanlılar daha təhlükəli düşmən kimi çox tezliklə Allah cəzasına düçar oldular. Allahın Musaya əmrində deyilirdi: “İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan” (Saylar 31:2). Bu əmr dərhal yerinə yetirildi. Hər soydan min nəfər götürdülər və Pinxasm başçılığı altında müharibəyə göndərdilər. “Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar. Qırılanlar arasında Midyanın beş padşahı vardı... Beor oğlu Bilamı da qılıncla öldürdülər” (Saylar 31:7,8). Əsir alınmış qadınları Musanın əmri ilə ən cinayətkar və İsrailin ən təhlükəli düşmənləri kimi öldürdülər. AP 404.3

Allah xalqına qarşı şər niyyətdə olanların taleyi belə oldu. Zəbur oxuyan deyir: “Millətlər qazdıqları quyuya özləri düşüb, qurduqları tələyə öz ayaqları ilişib” (Məzmur 9:15). “Çünki Rəbb xalqını Özündən ayırmaz, irsini Öz əlindən verməz. Yenə ədalətli hökmlər çıxarılacaq, ürəyi düz olanlar haqqın ardınca gedəcək”. İnsanlar “salehin canına” hücum edəndə Rəbb “onların azğmlığını öz üstbrinə çevirəcəkdir və öz qəddarlıqları ilə özlərini məhv edəcəkdir” (Məzmur 94:14,15,21,23). İbraniləri lənətləməyə çağırılan Bilam özünün bütün cadularına baxmayaraq onlara heç bir zərər yetirə bilmədi. Çünki Rəbb “Yaqubda fəlakət” və “İsraildə bədbəxtlik” tapmadı (Saylar 23:21). Lakin onlar hiyləyə uyaraq Allah qanununu pozanda bu müdafiə onların əlindən alındı. Allah xalqı Onun əhdlərinə sadiq olanda Yaquba qarşı sehr və İsrailə qarşı cadu mövcud olmur. Şeytan da bütün səylərini və bütün hiylələrini buna görə edir ki, insanları günaha sövq etsin. Əgər özlərini Allah Qanununun qoruyucuları adlandıranlar onun prinsiplərini pozurlarsa, onlar özlərini Allahdan ayırırlar və öz düşmənləri önündə gücsüz olurlar. AP 404.4

Düşmən ordularının və Midyan cadularının qalib gələ bilmədiyi israillibr düşkün qadınların qurbanı oldular. Şeytanın öz silahı kimi istifadə etdiyi qadın canı cəzb etmək və məhv etmək üçün böyük qüvvəyə malikdir. “Çünki o qadın nə qədər insan qurban edib, nə qədər adamı öldürüb” (Məsəllər 7:26). Bu səbəbə görə də Şet övladları şərəflilikdən döndülər və müqəddəs ailə pozğunlaşdı. Yusif də beləcə sınandı. Buna görə Şimşon İsrailin müdafiəsi olan öz gücünü fıliştlibrin əllərinə verdi. Davud da bunda büdrədi. Üç dəfə Allah sevimlisi adlanan, padşahlar arasında ən müdrik Süleyman isə ehtiras qulu oldu və sədaqəti, şərəfı həmin cadugər qüvvənin məbədinə gətirdi. “Bütün bunlar ibrət olaraq onların başma gəlirdi; son əsrbrə çatan bizlər üçün də məsbhət olaraq qeyd edildi. Buna görə də, kim düşünürsə ki, ayaqda durub, ehtiyatlı olsun ki, yıxılmasın” (1 Korinflilərə 10:11,12). Şeytan insan qəlbinin hansı hissəsinin üzərində işləməli olduğunu gözəl bilir. O bilir, çünki min illər ərzində tükənməz enerji ilə hər bir şəxsin daha zəif yerlərini öyrənir. Bütün nəsilbr boyunca şeytan çalışır ki, İsrailin güclü ərlərini, rəisbrini Peorda uğur qazanan həmin tamahlara məruz qoysun. Bütün dövrbrdə öz şıltaqlıqlanna uyma daşlarmda sınan insanlara rast gəlinir. Biz zamanın sonuna yaxmlaşdıqca və Allah xalqı səmavi Kənanın sərhədinə çatanda şeytan qədimbrdə olduğu kimi onun bu gözəl yeri miras almasına mane olmaq üçün öz səylərini ikiqat artıracaqdır. O, hər bir canın önündə tor qurur. Buna görə də yalnız savadsız və mədəniyyətsiz insanlar sayıq olmalı deyillər, - şeytan həm də yüksək mövqe tutan və müqəddəs xidmətdə olanlara da tor hazırlayır. Əgər o, onların qəlblərini murdarlaya bilsəydi, onların vasitəsilə çoxlarını həlak edə bilərdi. O, üç min il əvvəlki üsullardan istifadə edir. Kübar dostluğu, gəzəllik ovsunları, bzzətlər həsrəti, şənliklər, avaraçılıqlar, yaxud bir badə şərab ilə o, insanları yeddinci hökmü pozmağa sövq edir. AP 405.1

Şeytan İsraili bütpərəstliyə düçar etməzdən əvvəl, onu pozğunluğa sövq etdi. Allahın surətini çirkaba batıran və öz bədəninin məbədini murdarlayan, öz pozğun qəlbinin istəkbrini təmin edərək vicdan əzabı çəkmədən Allaha istənilən şərəfsizliyi edə bilər. Hissi ləzzətlər ağlı zəiflədir və qəlbi alçaldır. Heyvani ehtirasların təmin edilməsi mənəvi və əqli qüvvələri kütləşdirir və iflic edir və ehtiras qulu Allah Qanununun müqəddəs prinsiplərini dərk etməyə, bağışlanmanı qiymətləndirməyə, yaxud canın əsl qiymətini dərk etməyə qadir deyildir. Xeyirxahlıq, paklıq, həqiqət, Allaha pərəstiş və müqəddəs şeylərə məhəbbət - bir sözlə, insanları səmavi dünya ilə bağlayan bütün həmin yüksək istəklər və xeyirxah arzular şıltaq həvəs alovunda məhv olurlar. Can tutqun, çılpaq səhra kimi, şər ruhların məskəni və “hər cür murdar və natəmiz quşun yuvası” kimi oldu. Allah surətində yaradılan varlıqlar beblikb kobud heyvanlarla bir səviyyədə olurlar. Bütpərəstlərlə əlaqələr və onların bayramlarında iştirak ibraniləri Allah Qanununu pozmağa gətirib çıxartdı və bütün xalqı Onun cəzasına düçar etdi. Bizim günlərimizdə də şeytan o vaxt daha çox uğur qazanır ki, Məsihin ardıcıllarmı allahsızlarla dostluq münasibətlərinə sövq etməyə və onların əybncələrində iştirak etməyə şirnikləndirməyə nail olur. “Buna görə Rəbb deyir ki, imansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın” (2 Korinflilərə 6: 17). Allah bu gün də Öz xalqından qədim İsraildən tələb etdiyi kimi dünyəvi adətlərdən, vərdişlərdən və prinsiplərdən kənarlaşmağı tələb edir. Əgər Allah övladları Onun Sözünə sədaqətlə riayət etsələr, onda Rəbbin təbbləri yerinə yetiribcəkdir, başqa cür ola da bilməz. İbranibrə bütpərəstlərə oxşamamaq xəbərdarlığı indiki zamanda məsihçilərə allahsızların ruhuna və adətlərinə oxşamağı qadağan edən xəbərdarlıq kimi müəyyən və aydın idi. Məsih bizə deyir: “Dünyanı və dünyada olan şeybri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur” (lYəhya 2:15). “Dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir! Deməli, kim dünyaya dost olmaq istəyirsə, özünü Allahın düşməni edir” (Yaqub 4:4). Məsihin ardıcıllan qanunsuzlardan ayrılmalıdırlar və onlarla yalnız o vaxt ünsiyyət etməlidirlər ki, onlara xeyirxahlıq etmək mümkün olsun. Təsirləri bizi Allahdan ayırmaqla hədəbyənlərə cəzasız qarışmaq mümkün deyildir. “Bizi tamahdan qoru”, deyə dua etməklə bizim üçün nə qədər mümkündürsə, o qədər də tamahdan qaçmalıyıq. İsraillilər məhz zahiri təhlükəsizlik və rahatlıq şəraitində olanda günah etdilər. Onlar Allahı unutdular, dualara etinasızlıq etdilər və özünəgüvənmə ruhuna uydular. Avaraçılıq və öz istəklərinə uymaq onların qəlblərinin müdafiə qalasını uçurdu və pozğun düşüncəbrə yol açıldı. Prinsipləri tapdalayıb keçən və İsraili şeytanın əllərinə verən satqınlar tapıldı. Şeytan indi də canı beləcə ölümə aparmağa çalışır. Məsihçi açıq günah etməzdən əvvəl qəlbdə uzun müddət hamıdan gizli hazırlıq prosesi gedir. İnsanın şüurunda heç vaxt paklıqdan, müqəddəslikdən pozğunluğa, allahsızlığa və cinayətkarlığa ani keçid baş vermir. Allahın surətində yaradılan varlığın tam cırlaşması üçün vaxt tələb olunur. Biz baxa-baxa dəyişilirik. Allahsız düşüncələrə uyaraq insan öz ağlını elə tərbiyə edə bilər ki, əvvəl ikrah doğuran günah xoş olar. AP 406.1

Şeytan bütün vasitələrdən istifadə edir ki, cinayətlər və alçaq qüsurlar yayılsmlar. Haqqında kitablarda yazılan, yaxud teatr tamaşalannda göstərilən cinayətbrə rast gəlmədən şəhərin küçələrindən keçmək mümkün deyildir. İnsan günahla dostluğa öyrəşir. Qəzetlər zorakılıqlar və pozqunluqlar haqda xəbərlərlə doludur və ehtiraslan oyada bilən hər şey çox maraqlı hadisələr kimi təqdim edilirlər. İnsanlar getdikcə böyüyən cinayət axını haqda o qədər eşidir və oxuyurlar ki, hətta əvvəllər bu cür səhnələrdən dəhşətə gələn həssas insanın hissləri kütləşir, kobudlaşır və nəticədə o, doymaz maraqla bu şeyləri həzm edir. AP 407.1

Müasir məşhur kübar əyləncələrinin çoxusu hətta məsihçi adlananları da bütpərəstliyin apardığı sonluğa apanr. Xüsusilə desək, onların arasında elələri azdır ki, şeytan onlardan canları məhv etmək üçün istifadə etməsin. Bütün əsrlər boyunca o, teatr tamaşalarının köməyi ilə ehtirası oyadır və pozğunluğu vəsf edir. O, cəlbedici musiqisi və heyranedici dekorasiyası ilə birlikdə operadan, məzhəkələrdən, rəqslərdən, kart stollarından istifadə edir ki, mənəvi dayaqları uçursun və hissi ləzzətlərə qapı açsın. Hər bir əyləncə yığmcağında, məğrurluğun tərbiyə edildiyi və iştahanın əl-qol açdığı yerdə, insanın Allahı unutduğu və əbədi maraqları itirdiyi yerdə şeytan o insan üçün tələ qurur. AP 407.2

Müdrik Süleyman məsləhət edir: “Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur” (Məsəllər 4:23), “İnsan ürəyində hər şeyin hesabını edər” (Məsəllər 23:7). Qəlb İlahi mərhəmətlə yeniləşməlidir, əks halda həyat paklığına nail olmaqçün bütün səylər əbəs olacaqdır. Məsihin lütfündən asılı olmayaraq alicənab, xeyirxah xarakter formalaşdırmağa çalışan öz evini boş qum üstündə tikir. Qəzəblə tamah tufanı zamanı o mütləq dağılacaqdır. Davudun duası hər bir canın duası olmalıdır: “Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver” (Məzmur 51:12) və İlahi bəxşə şərik olaraq “iman vasitəsilə Allah qüdrəti ilə” kamillik yolunda irəliləməliyik (1 Peter 1:5). AP 408.1

Lakin biz özümüz də tamaha müqavimət göstərməliyik. Şeytan hiylələrinin qurbanı olmaq istəməyən öz canını sayıqlıqla qorumalıdır. Natəmiz fıkirlərə qida verə bilən şeyləri oxumaqdan, eşitməkdən, yaxud onlara baxmaqdan çəkinmək lazımdır. Canları məhv edənlərin təklif etdiyi şeylər üzərində fikrin dayanmasına icazə vermək olmaz. Həvari Peter deyir: “Əqlinizin belini qurşayaraq, ayıq olub... cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. Əksinə, sizi çağıran Allah müqəddəs olduğu kimi, özünüz də hər hərəkətinizdə müqəddəs olun” (1 Peter 1:13-15). Pavel deyir: “Nəhayət, ... doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, etibarlı olan nə varsa, əgər bir fəzilət və tərifə layiq bir şey varsa, bunları düşünün” (Filipililərə 4:8). Bu, ciddi dua və tükənməz sayıqlıq tələb edir. Biz Müqəddəs Ruhun daimi təsir köməyinə möhtacıq, O, bizim şüurumuzu uca dünyaya yüksəldə bilər və ona təmiz və müqəddəs olan hər şey haqda düşünməyi öyrədər. Biz Allah Sözünü səylə öyrənməliyik. Zəbur oxuyan deyir: “Bir cavan öz yolunu necə təmiz saxlaya bilər? Sənin sözlərinə bağlı qalmaqla”. “Sənə qarşı günah etməyim deyə kəlamını qəlbimdə qoruyub saxlamışam” (Məzmur 119:9,11). İsrailin Peqordakı günahı bütün xalqı Allahın cəzasına düçar etdi və bu cür günahlar müasir dövrdə ani qisasa gətirməsə də, lakin onlar mütləq cazalandırılacaqlar. “Kim Allah məbədini məhv edərsə, Allah onu məhv edəcəkdir” (1 Korinflilərə 3:17). Təbiət bu cinayətlərə görə sərt cəzalandırır, cəza gec-tez hər bir azğının başına çaxacaqdır, xüsusilə də o günahlara görə ki, onlar insan nəslini belə dəhşətli cırlaşmaya gətirmişlər və dünyanı dünyanın lənəti olan xəstəliklər, iztirablar və bədbəxtiklər uçurumuna gətirmişlər. İnsanlar öz günahlarını yaxınlarından gizlədə bilərlər, lakin onlar iztirablarla, xəstəliklərlə, əqli pozğunluqlarla, yaxud ölümlə layiqli bəhrəbri biçəcəklər. Bu həyatdan başqa hələ əbədi cəzanın məhkəməsi və qisası vardır. “Bu cür hərəkət edənlər Allahın Səltənətini miras almayacaqlar”. Lakin şeytanlar və şər mələkləri ib birlikdə onlar “ikinci ölüm” olan “odlu göldə” batırılacaqlar (Qalatiyalılara 5:21; Vəhy 20:14). “Əxlaqsız qadının dodağından sanki bal axır, dili şirin, yağdan yumşaqdır, amma aqibəti yovşan otu kimi acıdır, iki ağızlı qılınc kimi itidir” (Məsəllər 5:3,4). “Beb qadından uzaq ol, evinin qapısına yaxın getmə. Yoxsa şərəfini yadlara verərsən. Ömrünü zalımlara sərf edərsən, sənin var-yoxunu yadlar yeyər, qazancın özgənin evinə gedər” (Məsəllər 5:8-11). “Onun evi ölümə, yolları qəbiristanlığa aparar”. “Yanına gələn kimsə geri qayıtmaz” (Məsəllər 2:18,19). “Bu qadının çağırdıqları ölübr diyarının dərinliyindədir” (Məsəllər 9:18). AP 408.2