Allaha Aparan Yol
Günahkarin Xilaskara Ehtiyaci Var
İnsan xeyirxah qüdrət və xoş müvazinətli ağılla yaradılmışdır. O, amil bir varlıq olaraq Allahla harmoniyada idi. Onun düşüncələri saf, niyyətləri müqəddəs idi. Lakin itaətsizlikdən doğan pozğunluq nəticəsində, xudbinlik onun qəlbindəki məhəbbəti sıxışdırdı. Pozğunluqdan onun təbiəti o qədər zəiflədi ki, şərə qarşı durmağa qadir gücü olmadı. O, iblisin əsiri oldu və Allahın xüsusi müdaxiləsi olmasa idi, elə də qalacaqdı. Yoldan çıxaranın məqsədi Allahın insan yaradılarkən nəzərdə tutduğu planını pozmaq və dünyanı qəm - kədərə qərq etmək idi. Beləliklə də, bütün şərin insanı yaradan Allahın işlərinin nəticəsi olduğunu göstərmək idi. AAY 10.1
İnsan öz məsum halında Yaradanla, “hikmətin və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir” (Kolosselilərə 2:3), sevinclə ünsiyyət edirdi. Lakin günaha batdıqdan sonra o, müqəddəs həyatda sevinc tapa bilmədi və Allahdan gizlənməyə çalışdı. Həyatlarını yeniləşdirməyənlər bu cür vəziyyətdədilər. Onların Allahla harmoniyası yoxdur və Onunla ünsiyyətdən sevinc tapmırdılar. Günahkar Allahın hüzurunda xoşbəxt ola bilməzdi; o, müqəddəs məxluqlarla ünsiyyətdən qaçardı. Əgər o, göylərə buraxılsa idi, bu ona sevinc gətirməzdi. Hər bir qəlbin Yaradanın hədsiz məhəbbətinə cavab verdiyi yerdə hökmran olan təmənnasız məhəbbətinin ruhu onun qəlbində cavab hissi oyatmazdı. Pak səma sakinlərinin düşüncələri, maraqlı, istəkləri onun üçün təmamilə yad olardı. O, səmavi melodiyaya bir əhəngsizlik gətirərdi. Göylər onun üçün əzab yeri olardı; o Ondan — işıq və sevinc mənbəyindən — həmişəlik gizlənmək istərdi. Allahın günahkarları göylərə buraxmamasına səbəb, Öz hökmünü göstərmək deyildir, yalnız odur ki, günahkarlar öz düşkünlükləri üzündən orada yaşaya bilməzdilər. Allahın şöhrəti onlar üçün əzab odu olardı. Onların xilası üçün ölən Xilaskardan gizlənməkdən ötrü,onlar ölməyi üstün tutardılar. AAY 10.2
Biz düşdüyümüz günah uçurumundan müstəqil olaraq çıxa bilmərik. Qəlbimiz şərin əsarətindədir və biz onu dəyişməyə qadir deyilik. “Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim”. “Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki,bunlar Allahın qanununa tabe deyil və ola da bilməz” (Əyyub 14:4; Romalılara 8:7). Təhsil, mədəniyyət, iradə təlimi, insan səyi — bütün bunlar özlüyündə yaxşıdır, lakin burada gücsüzdürlər. Onların köməyilə zahiri düzgün davranışa nail olmaq olar, amma nə qəlbi dəyişmək olar, nə də həyat çeşməsini təmizləmək. Günahkar insanın müqəddəs olması üçün daxili quvvə və göylərin bəxş etdiyi yeni həyat vacibdir. Bu qüvvə — İsa Məsihdir. Yalnız Onun lütfü qəlbin ölmüş qabiliyyətlərini canlandırıb Allaha, müqəddəsliyə cəlb edə bilər. AAY 11.1
Xilaskar deyib: “Yenidən doğulanlardan başqa kimsə” yeni həyata aparan yeni qəlb, yeni istək, yeni məqsəd və niyyət almazsa, “Allahın padşahlığını görə bilməz” (Yəhya 3:3). Yalnız insanın təbiətində olan xeyirxahlığı inkişaf etdirmək zərurəti ideyası yanlışdır. “Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi - nəzərdən araşdırılır”. “Sənə “Yenidən doğulmalısınız” dediyimə heyrət etmə” (1 Korinflilərə 2:14; Yəhya 3:7). Məsih haqda yazılmışdır: “Onda idi həyat, həyat da insanların nuru idi”, “çünki göy altında olan insanlara verilmiş başqa bir isim yoxdur ki, onunla xilas ola bilək” (Үəһуа 1:4; Həvarilərin işləri 4:12). AAY 12.1
Təkcə Allahın rəhmliliyini, mehribanlığını və ata həssaslığını görmək kifayət deyil. Onun qanunlarının müdrikliyini, ədalətliyini və əbədi məhəbbət prinsipinə əsaslandığını dərk etmək də kifayət deyildir. Həvari Pavel qəlb ağrısı və ümidsizlik içərisində uca səslə etiraf etmişdi: “Təsdiq edirəm ki, qanun yaxşıdır”. “Qanun müqəddəsdir və əmr müqəddəs, ədalətli və yaxşıdır”. “Fəqət mən cismaniyəm, günaha kölə olaraq satılmışam” (Romalılara 7:16,12,14). O özü nail olmağa qadir ola bilmədiyi paklığın, düzgünlüyün həsrətini çəkərək, zavallıcasına deyirdi: “Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?” (Romalılara 7:24). Bu inilti hər yerdə və həmişə günahdan əzab çəkən qəlblərdən qopmuşdur. Hamısına yalnız bir cavab verilmişdir: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur! (Yəhya 1:29). AAY 12.2
Allahın Ruhu həqiqəti daha aydın canlandırmaq üçün çoxlu obrazlardan istifadə edir ki, qəlbləri günahın ağır yükündən həmişəlik azad etsin. Esavı aldadaraq gunah edən Yaqub ata evindən qaçdı və günah hissi ona əzab verirdi. Onun üçün əziz olan hər şeyi tərk edib tənha və yalqız qaldı. Lakin onun ən çox əzab çəkməsinə səbəb — etdiyi günahın onu Allahdan ayırması və Göylərdən məhrum olması haqda düşüncələr idi. O, böyuk kədər içərisində torpaq üzərində dincəlməyə uzandı. Onun ətrafında yalnız kimsəsiz təpələr, üzərində isə parlaq ulduzlarlarla parlayan səma var idi. Yuxuda o, qəribə bir işıq və bir də, elə bil yatdığı yerdən qalxaraq göylərin qapısına qədər aparan tutqun cizgili, enli pilləkən gördü. Bu pilləkənlərlə Allahın mələkləri qalxıb — enirdi. Lap yuxarıdakı parıltıdan isə təskinlik və ümid sözləri deyən Allahın səsi gəlirdi. Beləliklə də, bu yolla Yaquba onun təşnə qəlbinin ehtiyaclarını və ən böyük arzularını təmin edən Xilaskarı dərk etməsi göstərilirdi. Sevinc və minnətdarlıqla o, günahkar, Allahla ünsiyyəti bərpa etmək yolunu gördü. Onun yuxuda gördüyü sirli pilləkən, Allahla insan arasında yeganə ünsiyyət yaradan Vasitəçinin — İsa Məsihn simvolu idi. AAY 12.3
Nataniel ilə söhbətində Məsih bu simvola işarə edirdi. O demişdi: “Göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib qalxdıqlarını görəcəksiniz” (Yəhya 1:51). Günah işlədərək, insan özünü Allaha yadlaşdırmışdı; göyə yer arasındakı əlaqə kəsilmişdi. Yaranmış uçurum ünsiyyəti qeyri - mümkün etmişdi. Məsihin sayəsində yer yenidən göylə əlaqə yaratdı. Məsih Öz xidmətləri ilə günah uçurumu üzəindən körpü saldı və indi mələklər insanlarla ünsiyyət yaradaraq, onlara xidmət edə bilirlər. Məsih günaha batmış zəif və köməksiz insanı nəhayətsiz güc Mənbəyi ilə birləşdirir. AAY 13.1
İnsanlar günaha batmış bəşəriyyətin yeganə ümid və kömək Mənbəyinə etinasızlıq edirsə, proqres arzusu və bəşəriyyəti mənən yüksəltmək üçün bütün cəhdlər əbəsdir. “Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, nurlar Atasından gəlir” (Yaqub 1:17). Xasiyyətin əsl kamilliyyi Ondan kənarda mümkün deyil. Və Allaha aparan yeganə yol — Məsihdir. O deyir: “Yol və həqiqət və həyat Mənəm; Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz” (Yəhya 14:6). AAY 14.1
Allahın qəlbini yerdəki övladları ilə bağlayan məhəbbət ölümdən güclüdür. Öz oğlunu verməklə, O, bütün göyləri bizə bəxşiş etdi. Xilaskarın həyatı, ölümü və xahişi, mələklərin xidməti, Ruhun çağırışları, hər kəsə hamı tərəfindən göstərilən Ata qayğısı, səma sakinlərinin aramsız marağı — bütün bunlar bəşəriyyətin xilası naminədir. AAY 14.2
Ah, gəlin bizim üçün verilmiş heyrətamiz qurbana nəzər yetirək! Gəlin yolunu azmışların xilası və Ata evinə qayıtması üçün Göylərin tükənməz səylərini qiymətləndirək. Bütün ən qüvvətli istək və vasitələr güclü fəaliyyətdədir. Haqq işlər üçün nəhəng mükafatlar, göylərdəki sevinclər, mələklərlə, sevən Ata və Onun Oğlu ilə ünsiyyət, bütün istedadlarımızın əbədiyyət boyunca yüksəlişi və inkişafı — məgər bütün bunlar bizdə Yaradanımıza və Xilaskarımıza bütün qəlbimiz və məhəbbətimizlə xidmət etmək istəyi oyatmırmı? AAY 14.3
Digər tərəfdən, Allahın günahı mühakimə etməsi, qaçılmaz qisas, mənəvi cırlaşma və tam ölmə — bütün bunlar Allah gözündə təsvir edilmişdir ki, bizi iblisə xidmətdən çəkindirsin. AAY 14.4
Doğrudanmı biz Allahın şəfqətinə biganə qalacağıq? O bizim üçün daha nə etməli idi? Gəlin bizi heyrətamiz məhəbbətlə Sevən ilə düzgün münasibət quraq. Gəlin bizə təklif olunan vasitələrdən bəhrələnək ki, Ona bənzəyək; Ata və Oğulla, insanlara xidmətə göndərilən müqəddəs mələklərlə harmonik ünsiyyətə qayıdaq. AAY 14.5