Həyat Dərsləri

1/61

Həyat Dərsləri

Мүгәддимә

Dahi Müəllim İsa Öz şagirdlərini Fələstinin təpələri və düzləri ilə gəzərək, göl və çay kənarlarında istirahət edərək öyrədirdi. Öz məsəllərində O, İlahi həqiqəti insanlara ən adi həyat hadisələri və əşyalar vasitəsilə çatdırırdı. Bunlar həm çobana, həm inşaatçıya, həm əkinçiyə, həm səyyaha, həm də evdar qadına məlum hadisələr idi. Canlı söhbət zamanı adi həyat, məişət mövzuları insanların diqqətini Allaha, Onun insanlara olan məhəbbətinə yönəldir, Onun layiq olduğu hörmət və ehtiramdan və eləcə də bir-birimizə qarşı göstərməli olduğumuz qayğı və məhəbbətdən bəhs edirdi. Oxuculara təqdim olunan kitabda Məsihin məsəlləri öz müzakirə mövzuları və tövsiyələri ilə vəhdət təşkil edir. Bir həqiqət mənbəyi kimi kitab oxucuların həyatda daha düzgün yol tapmasına kömək ola bilər. HD 3.1